Niyə uşaqlar şirini çox istəyir?

SAĞLAMLIQ
22:54 / 17.12.2025
42

Uşaqların ən xoşladığı məhsullardan biri şokoladlardır. 

Şokoladı sevməyən uşaq yəqin ki, çətin tapılar. Uşaqların bir çoxunda bu məhsulu yemək alışqanlıq halını alıb.

Maraqlıdır, şokoladın uşaqlara müsbət, mənfi təsirləri nələrdir? 

Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaqda ümumiyyətlə, allergiyaya meyllik varsa şirin məhsullar olmaz: 

"Ancaq uşaqlar şokolad istehlak etməyi sevir. 2–5 yaşda bu istək güclü olur. Konfet, şokolad, tort və şirin içkilər uşaqlar üçün cazibədardır. Tam qadağa əks-effekt verə bilər; məqsəd balanslı vərdişlər qurmaq, porsiyanı və tezliyi ağılla idarə etməkdir".

Sevinc
 

0