Elektron siqaretin orqanizmə mənfi təsirləri var?

SAĞLAMLIQ
18:12 / 17.12.2025
45

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. 

Bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, elektron siqaret istifadəçilərinin sayı sürətlə artır: 

"Elektron siqaretlərin tərkibində istifadə olunan aromatik maddələr və digər kimyəvi birləşmələr də kanserogen təsirə malikdir. Bu maddələr tənəffüs yolları və ümumilikdə orqanizm üçün ciddi təhlükə yaradır. Elektron və ya adi siqaretin orqanizmə böyük mənfi təsirləri var”.

Sevinc

0