Kolorado Universitetinin (Boulder) tədqiqatçıları aşkar ediblər ki, ultrasəs və titrəyən nanohissəciklərin kombinasiyası kimyaterapiyanın təsirini artırmaqla dərmanların sıx şiş toxumasına daha asan daxil olmasına imkan yaradır.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "ACS Applied Nano Materials" jurnalında dərc olunub.
Çox sayda şiş yüksək sıxlığa malikdir: onların sərt strukturu anti-xərçəng dərmanlarının toxuma daxilində bərabər paylanmasını çətinləşdirir. Bu maneəni aşmaq üçün alimlər təxminən 100 nanometr ölçülü nanohissəciklər yaratdılar, hansı ki, yüksək tezlikli ultrasəsin təsiri altında titrəməyə başlayır. Bu titrəmələr müvəqqəti olaraq şişin strukturunu dəyişir və toxumanın sərtliyinə cavabdeh zülalların miqdarını azaldır.
Üçölçülü şiş modellərində aparılan eksperimentlər göstərdi ki, bu metod hüceyrələri dağıtmır və toxumaya zərər vermir, əksinə şiş mühitini “yumşaldır”. Bu, dərmanların şişin içərisinə daha dərindən daxil olmasına imkan verir, həmçinin ənənəvi terapiyanın toksikliyi və yan təsirlərini artırmadan müalicənin effektivliyini yüksəldir.
Hazırda texnologiya heyvan modellərində sınaqdan keçirilir. Perspektivdə isə bu üsul lokal xərçəng formalarının müalicəsində — süd vəzisinin, prostatın və yumurtalıqların xərçəngi də daxil olmaqla — əlavə metod kimi istifadə olunması planlaşdırılır, məqsəd mövcud müalicə sxemlərinin dəqiqliyini və nəticəliliyini artırmaqdır.
Samir


