Dəri və bədən gigiyenasını qorumaq üçün duş qəbulu vacibdir.
Maraqlıdır, hər gün duş qəbul etmək təhlükəlidir?
Dermatoloq Aliyə Hüseynova Hit.az-a deyib ki, bir çox insan səhər duş qəbul edərək işə başlamaqdan zövq alır:
“Səhərlər duş qəbul etmək insana fiziki güc və yaxşı emosiya bəxş edir. Ancaq onu da deyim ki, orqanizm üçün lazımlı olan bakteriyalar insanı patogen mikroblardan qoruyur. Bədən tez-tez yuyulduqda isə dəridən yanlız zərərli yox, orqanizm üçün lazımlı bateriyalar da yuyulur. Geç yuyunduqda patogen mikrobların artıb , çoxalması müxtəlif dəri xəstəliklərinə və xoşagəlməz iylərə səbəb ola bilir. Azyaşı ulaqlar isə həftədə 2 dəfədən çox duş qəbul etməməlidirlər. Onların vannada çimmələri daha münasib sayılır”.
Sevinc


