Sosial şəbəkədə folekul satışı...

SAĞLAMLIQ
18:42 / 19.12.2025
40

Ana ola bilməyən ailələrə müalicə üsulları haqqında müxtəlif səpkidə vasitələr var.

Lakin bəzən yaş ötdükcə qadın orqanizmində olan folekulların gücləri mayalanmaya çatmır və hamiləlik baş vermir. 

Bu zaman digər cavan qadınlar hamilə qala bilməyən fərdə folekulyar donor olur. Bu, könüllü şəkildə baş verir.  

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki,bəzi səhifələr açıq səviyyədə qadınların işsiz və pula ehtiyacı olmasından istifadə edərək onlara təkliflər irəli sürür:

"Pula ehtiyacı olan qadınlar 10 gün ərzində 500-800 manat qarşılığında folekul donor olaraq öz yumurta hüceyrələrini tanımadıqları şəxslərə satırlar. Bu yumurta hüceyrələri isə daha sonra müxtəlif süni mayalanma həyata keçirən həkimlər tərəfindən sonsuzluq yaşayan qadınlara iki və ya üç qat baha qiymətə satılır. Yumurtalıqların hipersimulyasiyası bəzən ölüm hallarına gətirib çıxara, ağırlaşmalarla müşahidə oluna bilər. Bundan başqa, yetişdikdən sonra yumurtalıqları toplamaq cərrahiyyə əməliyyatı ilə baş verdiyinə görə orada damar zədələnmələri, qanaxmalar və digər ağırlaşmalar ola bilər”.

Sevinc

0