Azərbaycanda uşaqlar arasında görmə qabiliyyətində, danışığında problemlər aşkarlananların sayı artıb.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaqların zəif görməsi səbəblərindən biri də onların vaxtından tez smartfon telefon və planşetlərə maraq göstərməsidir:
“Uşaqlar bu vasitələrdən istər tədris, istərsə də asudə vaxt keçirmək məqsədilə çox geniş istifadə edirlər. Bununla əlaqədar bu cihazlardan istifadə edən uşaqların gözlərində yorğunluq, zəifləmə müşahidə olunur. Ümumiyyətlə, 3 yaşında uşaqlara smartfon telefon istifadə etmək olmaz. Telefon nəinki uşağın görməsinin inkişafına, hətta onun əqli cəhətdən ünsiyyətinə də təsir edir. 3-5 yaşarası uşaqlar yarım saat gün ərzində istifadə edə bilərlər. 5 yaş və yuxarı yaş uşaqlara isə 40 dəqiqə istifadə etməsinə icazə vermək olar. Mütləq gözlər dincəlməlidir. Uzağa baxmaq lazımdır. Yaxud göz gimnastikası lazımdır".
Sevinc


