Qrip olanlar fiziki aktivliyi artırmalıdır

SAĞLAMLIQ
19:20 / 22.12.2025
44

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciət edib. 

Müraciətdə son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artımın müşahidə olunduğu qeyd edilib. 

Professor Adil Qeybulla Hit.az-a deyib ki,havalar soyuq olanda insanlar onu ev şəraitində keçirir, qapalı məkanlarda daha çox qalır: 

"Fiziki aktivliyi artırmaq vacibdir. Bu immun sistemin yaxşı vəziyyətdə olması üçün vacibdir. Bununla yanaş, soyuq qış günlərində çoxlu vitamin qəbul etmək, meyvə istehlak etmək vacibdir".

Sevinc

0