Oturaq işin psixolojı təsiri

SAĞLAMLIQ
22:16 / 22.12.2025
42

İnternetin dünyamıza daxil olması ilə, demək olar ki, bütün aktiv fəliyyətimizi bir kənara qoyamağa məcbur qalaraq , günün çox hissəsini də oturaq vəziyyətdə keçirməyə başladıq. 

Sosial şəbəkələrin dəb halını alması isə insanlar bütün aktiv əyləncələrlə yanaşı, hətta ünsiyyətdən belə uzaqlaşdılar. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, oturaq işlə məşğul olan insanlar daim hərəkətli adamlardan daha aqressiv olur: 

“Bu insanlar öz-özlərini daxildən yeyirlər. Oturaq həyat sürənlərin həzm sisteminin pozulması, bel və onurğa sütununda ağrıların olması, başağrı və əsəblərin gərilməsi baş verir. Hərəkətsizlik insanlarda psixoloji gərilmələrə, təfəkkür və təxəyyül zəifliyinə səbəb olur. Daim oturaq həyat yaşayan adamlarda sinirlər pozulmuş olur, tez özlərindən çıxırlar, bu cür insanlarda autoaqressiya müşahidə olunur. Oturaq iş rejimində olan insanlar gəzməyə meylli olmalı, imkan daxilində idmanla məşğul olmalıdırlar".

Sevinc

0