Yeni il salatları necə və neçə gün saxlanılmalıdır?

SAĞLAMLIQ
23:14 / 22.12.2025
36

Yeni il bayramına sayılı günlər qalıb. Yeni ildə xanımlar bir yox, bir neçə salat hazırlayır. Bəzən salatlara bir-birinə uyğun gəlməyən ərzaqlar da qatılır. 

Qida eksperti Leyla Sarıyeva Hit.az-a deyib ki, salatlar otaq temperaturunda saxlanmamalıdır:

"Mayonezlə hazırlanmış "paytaxt”, “mimoza” və digər salatları hazırladıqdan sonra 2 saatdan çox otaq temperaturunda saxlamaq olmaz. Soyuducuda daha keyfiyyətli, ləzzətini itirmədən qalır. Ona görə də bu cür məhsullar emal olunan kimi soyuducuya qoyulmalıdır.
Salatların sonrakı günlər qızdırılıb, isidilib yeyilməsi ümumiyyətlə yolverilməzdir. Hamilə qadınlar yeni il gecəsi salatlardan ehtiyatlı olmalıdır. Çünki, dölə ən çox toksiki təsir edən, bəzən dölü zəhərləyib letal sonluğa aparan məhz paytaxt salatı kimi qidalar olur.  Salatların tərkibində olan yumurta digər ərzaqlarla reaksiyaya girərək mədə-bağırsaq sistemini pozur".

Sevinc

0