Ekzotik meyvələr yeyilməlidirmi?

SAĞLAMLIQ
21:36 / 23.12.2025
43

Hazırda insanların qidalanma tərzləri çox dəyişib. Artıq insanlar xarici, ekzotik meyvələrlə qidalanmaya üstünlük verir.

 Maraqlıdır, ekzotik meyvələrin nə kimi ziyanı var?

Professor Adil Qeybulla Hit.az-a deyib ki, süni iqlim şəraitində yetişdirilən meyvələrin istehlakı düzgün deyil:

“Müəyyən qidalar süni iqlim şəraitində yetişdirilməsi nəticəsində onlar aidiyyatı olmayan vaxtda, yəni qış vaxtında becərilməyən bitkiləri əldə etmək mümkündür. Bu qidalar təbii şəkildə yetişdirilsəydi, bunları il boyu qəbul edilməsi çox yaxşı olardı. Həmçinin , vitaminsizlik qorxusu da olmazdı. Amma süni iqlim şəraitində yetişdirilən gübrələrdə, bitkilərdə onların parazitlərdən qorunması və yetişdirilməsi üçün həm gübrələrdən, həm də zərərverici kiməvi maddələrdən istifadə olunur. Bunların özləri də meyvələrin tərkibinə keçir".

Sevinc

0