Son zamanlar sirkəli su ilə yuyunmaq məşhurlaşıb.
Maraqlıdır, sirkəli suyun nə kimi faydası var?
Hit.az xəbər verir ki, sirkə antiseptik və antibakterial xüsusiyyətləri dərini dərindən təmizləyir və dəri səthindəki bakteriyaları məhv edir.
Sirkə suyu saçınıza təbii parıltı vermək üçün əla həll ola bilər. Xüsusilə alma sirkəsi baş dərinizin pH səviyyəsini tarazlaya bilər.
Tər qoxusundan şikayət edənlər duş qəbul edərkən qoltuqlarına sirkəli su çəkə bilər. Sirkə suyu dərinin nəm balansını qoruyur və təbii şəkildə nəmləndirir. Bu zaman dəriniz daha yumşaq və elastik olur.
Sevinc


