Uşaqlar böyüdükcə, onların beyinləri inkişaf edir, ətrafda baş verənlərə reaksiyaları artır.
Yaş artdıqca uşaqlarda qəribə bir aqressiya da formalaşır. Aqressivlik hazırda dünyada müzakirələrə səbəb olan ən böyük problemə çevrilir.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, hər bir uşaq balaca evcik qurarkən, diş çıxararkən, hətta yemək yeyərkən kiçik əsəb göstərir. Uşaq ağlayarkən təşvişə düşmək, ona narahatçılığını göstərmək lazım deyil:
"Əgər uşaq tez-tez valideynlərinə qışqırırsa, demək münasibətlərdə problem var. Uşaqla davranışı öyrənmək lazımdır. Bunu bilən valideyn övladına yardım edən ilk həkim olacaq. Əgər övladınızın psixoloqu olmağı bacarmırsınızsa, onu bir mütəxəssisə göstərməkdən çəkinməyin".
Sevinc


