Tibb bacılarının evdə iynə vurması qadağan olunacaqmı?

SAĞLAMLIQ
18:30 / 24.12.2025
45

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu günlərdə keçirdiyi mətbuat konfransında qeyd edib ki, tibb bacılarının evdə iynə vurmasına icazə yoxdur.

Tibb eksperti, professor Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, dünyanın heç bir yerində evdə hansısa inyeksiya etmək, venadaxili sistem dediyimiz infuziyalar aparmaq icazəli deyil:

 "Əgər ağırlaşma olarsa, bu, çox ciddi hüquqi məsuliyyət yarada bilər. Ona görə də dünyada belə bir şey yoxdur. Bizdə də olmamalıdır. Tibb bacısı tapıb evdə sistem köçürtməyə biz uzun müddətdir adət etmişik. Bu şeylər, əslində, dayandırılmalıdır. Evdə inyeksiyalar və infuziyalar aparmağın neqativ tərəfləri odur ki, burada sterillik, aseptika, antiseptika qaydalarının necə gözlənildiyi bilinmir".

Sevinc

0