Ölüm niyə cavanlaşıb?

SAĞLAMLIQ
22:37 / 25.12.2025
36

Son illər cəmiyyətdə ürək çatışmazlığından ölüm halları artıb.

Əvvəllər gənc birinin ölümü təəccüblə qarşılanırdısa, indi bu situasiyaya öyrəşmişik, artıq ölümlər "cavanlaşıb".

Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a deyib ki, arterial təzyiqin artması isə ürəkdə infarkta səbəb olur:

“Bu gün yoxlama aparsaq, 50 yaşdan aşağı kişilərin əksəriyyətində ürəkdə stent və başqa əməliyyatlar keçirmə halları ilə rastlaşarıq. 30-40 il əvvəl isə belə deyildi. Bu isə ciddi narahatlıq doğurur. Siqaret çəkmək, ifrat həddə spirtli içki qəbul etmək, çoxlu karbohidrat istehlak etmək ürək xəstəliklərinin əsasında dayanan faktorlardır. Qlobal bir səbəb isə stresdir. Mobil telefonlar insanların sosiallaşmasının qarşısını aldı, insanlar sanki sosiallaşmadan izolyasiya olunublar. İnsanlar artıq qonaq getmirlər, ünsiyyətdən qaçırlar. Bu da daxildə mənfi enerjinin toplanmasına şərait yaradır, sonda ürək xəstəlikləri formalaşır".

Sevinc

0