Yaşıl limonun bir çox sağlamlıq faydası var.
Hit.az xəbər verir ki, meyvə hər şeydən əvvəl yüksək miqdarda vitamin C tərkibinə malik olduğundan immun sistemini gücləndirir.
Yaşıl limon dərinin tez qocalmasının qarşısını alır, qırışların və ləkələrin əmələ gəlməsini gecikdirir.
Yaşıl limonun detoksikasiyaedici xüsusiyyətləri bədəni toksinlərdən təmizləyir.
Həmçinin, limon suyu maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesinə dəstək olur.
Qış aylarında artan nəfəs yollarının xəstəlikləri immunitetə mənfi təsir göstərir. İmmuniteti gücləndirmək üçün vücudun gündə 80% C vitamini qəbul etməsi gərəkdir. Gün ərzində qəbul edilən 2 yaşıl limon bu ehtiyacı tamamilə qarşılayır.
Sevinc


