Tıxacların insan psixologiyasına təsiri

SAĞLAMLIQ
22:15 / 29.12.2025
31

Tıxacsız günümüz təsəvvür edə bilmirik. Tıxac zamanı insanda yaranan narahatlıqlar o günün başlamasında və ya bitməsində öz təsirini göstərir.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, tıxaclar insanlarda bir çox psixoloji, fizioloji və zehni narahatlıqlar yaradır:

 "Tıxacın yaratdığı yorğunluq nəticəsində yanlış qərarlar, diqqətlə bağlı xətalar və bir çox davranış xətaları ortaya çıxır. Yəni, tıxaclar dolayı olaraq problemlərin yaranmasına səbəb olur.

Tıxaclar əsəbini idarə edə bilməyən insanlar üçün də böyük riskdir.

Tıxacda qalmaq onlarda gərginlik yaradırsa, yolu dəyişdirmək, yola çıxmaq üçün düzgün saatı seçmək, uyğun vasitəni seçmək və bu kimi digər hallara diqqət etməlidir".

Sevinc

0