Nar şirəsi şəkəri tarazlaşdırır

SAĞLAMLIQ
23:32 / 30.12.2025
39

Nar yalnız parlaq qırmızı dənələri olan dadlı və gözəl meyvə deyil, həm də əsl təbii superfood sayılır.

Hit.az xəbər verir ki, nar ürəyi qoruyur, immuniteti gücləndirir, xroniki xəstəliklərin riskini azaldır və hətta dərinin gözəlliyinə müsbət təsir edir. 

Nar həm də liflə çox zəngindir. 1 stəkan nar dənəsində 7 qram lif var ki, bu da çox yüksəkdir. 

Lifli qidaların insanı uzun müddət tox tutduğu, aclığın qarşısını aldığı, arıqlamada təsirli olduğu bir çox elmi araşdırmalarda bildirilib.

Narın tərkibində bol miqdarda C vitamini, polifenol, dəmir, kalium var və immunitet sistemini gücləndirir. 

Bundan əlavə, xolesterin və şəkəri tarazlaşdıran nar xərçəng hüceyrələrinin inkişafının qarşısını alır və ürək sağlamlığını qorumağa kömək edir.

Sevinc

0