Son günlər Azərbaycanda uşaqlar arasında yüksək qızdırma, ürəkbulanma, qusma və halsızlıqla müşayiət olunan infeksion xəstəliklər artıb.
Uşaqların bir çoxunda həm tənəffüs, həm də mədə-bağırsaq şikayəti əlamətləri müşahidə olunur və bu, əksər hallarda mövsümi respirator virus infeksiyaları ilə əlaqələndirilir.
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, özbaşına aparılan müalicə bəzi hallarda yanlış nəticələrə və daha ciddi fəsadlara səbəb ola bilər:
"Nəzərə almaq lazımdır ki, uşaq orqanizmi daha həssasdır. Böyüklər adətən hansı dərmanlara allergiyalarının və ya yanaşı problemlərinin olduğunu bilsələr də, valideynlərdə bu məlumatlar hər zaman tam olmaya bilər. Antibiotiklər viruslara təsir etmir, buna görə uşaqlara özbaşına antibiotik verilməməlidir. Bədən hərarəti 38.4°C-dən yuxarı olduqda isə həkim nəzarəti altında parasetamol və ya digər qızdırmasalıcılar istifadə oluna bilər"
Sevinc


