Son günlər ölkə üzrə uşaqlar arasında yüksək qızdırma, ürəkbulanma, qusma və halsızlıqla müşayiət olunan yoluxucu xəstəlik halları artıb.
Həkim Rasif Bağırov Hit.az-a deyib ki, azyaşlı uşaqlar adətən məktəbdə xəstələnir, çünki biri xəstə olanda digərinə də yoluxdurur:
"Beləliklə də yoluxmalar artır. Böyüklər isə kifayət qədər qoruna bilmir. Bu proses bəzən uşaqlardan, bəzən düşdükləri şəraitdən və ya iş yerlərindən qaynaqlana bilir. Uşaqlarda və böyüklərdə xəstəlik tamamilə başqa cür inkişaf edir. Valideynlərdə ağciyərdə pnevmoniya müşahidə oluna bilir. Hava şəraitinə uyğun olaraq isti geyimlərə üstünlük verilməlidir. Yelçəkən olan yerdə küləyin qarşısında dayanmamaq, özünü qorumaq, vaxtında qidalanmaq və istirahət etmək lazımdır ki, bədənin müqaviməti yaxşı olsun”.
Sevinc


