Qaz ətini yeməyənlər faydasından xəbərsizdir

SAĞLAMLIQ
18:59 / 05.01.2026
118

"Yeməmisən qaz ətini, bilmirsən ləzzətini".

Belə bir deyim var. Qaz əti qida dəyəri yüksək olan və sağlamlıq üçün bir çox faydalar təmin edən xüsusi bir ət növüdür.

Zülallar, vitaminlər və minerallar baxımından zəngindir, bu da onu qida rasionunda dəyərli edir.  

Hit.az xəbər verir ki, tərkibindəki fosfor və kalsium isə sümüklərin sağlamlığını dəstəkləyir. 

Qaz əti, xüsusilə zülal mənbəyi olaraq, əzələ kütləsini qorumaq və gücləndirmək üçün faydalıdır.

 Qaz əti yağlı bir ət növü olduğundan həddindən artıq istehlak edilməməlidir.

Çox miqdarda qəbul edildikdə xolesterin səviyyəsini artıra bilər.

Balanslı miqdarda və  doğru bişirmə üsulları ilə hazırlanan qaz əti qida dəyəri və dad baxımından çox faydalıdır.

Sevinc

0