Qızdırmanı təbii yolla necə salmaq olar?
Qızdırmanı azaltmaq üçün müxtəlif üsullar var. Bəzi insanlar dərman yolu ilə türkə çarə ilə qızdırmanı salmağa üstünlük verir.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, xəstəlik çox vaxt orqanizmdə hərarətin artması ilə başlayır, bir qədər sonra digər əlamətlər özünü büruzə verir. Hərarətin yüksəlməsi orqanizmin infeksiya ilə mübarizəyə başladığını, yüksək hərarət isə orqanizmin onun öhdəsindən yaxşı gəldiyini göstərir:
"Uşaqlarda qızdırmanı salmaq üçün bir neçə üsul da tövsiyə edə bilərəm.
- 1 litr ilıq suya 1 xörək qaşığı üzüm sirkəsi əlavə etmək və həmin məhlulla bədəni ovxalamaq olar. Yaxşı olar ki, əvvəlcə uşaq çimizdirəndən sonra bədənini qurulamadan dəsmala və ya qətfəyə bükülərək havası dəyişdirilmiş otağa gətirilsin. Lakin su prosedurları və ovxalama zamanı suyun temperaturu bədənin hərarətindən 1 dərəcədən çox aşağı olmamalıdır, əks halda təzadlı temperatur damarlarda spazm əmələ gətirir. Uşaq qızdırmadan titrəyirsə, onu çimizdirmək və ovxalamaq olmaz.
Lakin həkim göstərişi olmadan antibiotiklərdən qızdırma salan vasitə kimi istifadə etmək yanlış təsəvvürdür, çünki antibiotiklərin istifadəsi üçün xüsusi göstərişlər var və orqanizmin hərarətinin yüksəlməsi həmin göstərişlərə daxil deyil. Antibiotiklər bakterial infeksiyaların müalicəsi üçün nəzərdə tutulub və viruslu xəstəliklərdə onlar nəinki faydasızdır, hətta zərərlidir.
Qızdırmanı salmaq üçün daha təsirli təbii üsullardan biri də moruq mürəbbəsidir. Moruğun tərlədici və qızdırmasalıcı təsiri tərkibində külli miqdarda asetilsalisil turşusunun - təbii aspirinin olması ilə əlaqədardır. Bu turşu moruğun budaq və yarpaqlarında daha çoxdur. Sintetik aspirindən fərqli olaraq təbii asetilsalisil turşusu uşaqlar üçün zərərsizdir, mədənin selikli qişasını qıcıqlandırmır, qanı durulaşdırmır. 2 xörək qaşığı qurudulub xırdalanmış moruq budaqları 1 stəkan qaynar suda dəmlənir, gün ərzində qurtum-qurtum içilir.
Qızdırmanı salmaq üçün ən yaxşı vasitələrdən olan portağalın tərkibində təbii asetilsalisil turşusu var. 4 dilim portağalın şirəsi sıxılaraq üzərinə 1/4 stəkan ilıq su tökülür və dərhal içilir. Onu gündə 3-4 dəfə qəbul etmək olar".
Sevinc


