Toyuq yumurtası orqanizmin sağlamlığı üçün lazım olan hər şeyi ehtiva edən unikal məhsuldur.
Bununla belə, yumurtanın ağının sarısından daha çox istehlak üçün faydalı olduğuna dair müxtəlif fikirlər var.
Hit.az xəbər verir ki, yumurtanın ağı sarısından daha qidalıdır. Yumurta ağının bədən toxumalarını qurmaq və təmir etmək, immunitet sistemini qorumaq kimi müxtəlif funksiyaları var.
Hormonlar, fermentlər, vitaminlər və minerallar da daxil olmaqla maddələrin qan vasitəsilə daşınmasına kömək edir.
Bir yumurta sarısı təxminən 2 qram doymuş yağ da daxil olmaqla təxminən 5 qram yağ ehtiva edir.
Orta hesabla böyük bir yumurta sarısı 210 milliqram xolesterol ehtiva edir, bunun üçün də bədəninizdə yüksək xolesterol səviyyəsinin olub-olmadığını nəzərə almaq vacibdir.
Sevinc


