Üzüm Altsheymer xəstəliyinin qarşısını alır

SAĞLAMLIQ
18:59 / 07.01.2026
118

Üzüm antioksidantla zəngin olan meyvə sayılır. Tərkibində olan dəmir sayəsində qan azlığına faydalı olan üzüm, halsızlıq və saç tökülməsinin də qarşısını alır. 

Bundan başqa tərkibindəki şəkər, qlükoza və fruktoza ürək əzələsi üçün ən qiymətli qida maddəsidir. 

Hit.az xəbər verir ki, üzüm beyin funksiyalarını dəstəkləyərək, sinir sisteminin sağlamlığını qoruyur.

Nəticədə yaş artıqca, yaranan Altsheymer xəstəliyinin qarşısını alır.

Bununla yanaşı, üzüm südvəzi xərçənginin yaranmasının qarşısını alır. Üzüm ürək-damar sisteminin “dostu” olaraq adlandırılır və xəstəliklərin qarşısını alır.

Yaşıl üzümün tərkibindəki B vitamini kompleksləri uşağın zehnini yaxşılaşdırır və problemlərini aradan qaldırmağa kömək edir.

Sevinc
 

0