Apteklərdə niyə reseptsiz antibiotik satılır?

SAĞLAMLIQ
20:56 / 07.01.2026
138

Apteklərdə bəzi antibiotiklərin reseptsiz satılması hallarına rast gəlinir.

İstənilən şəxs aptekdən reseptsiz antibiotik əldə bilər.

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, dünyada bir çox adda dərman var ki, heç bir halda reseptsiz satışına icazə verilmir:

 "Xüsusilə antibiotiklərin satışı yalnız resept əsasında olmalıdır. Qanunvericilikdə bu məsələ qadağa kimi göstərilir, ancaq bu dərmanların sərbəst satışı həyata keçirilir. Həkim göstərişi olmadan antibiotik dərmanı qəbulu zamanı əks effekt, şoka düşmə ehtimalı yüksəkdir".

Sevinc
 

0