Bakıda spirtli içkidən zəhərlənən şəxs vəfat edib. Hadisə ötən gün qeydə alınıb.
Buzovna sakini 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yaşadığı evdən spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib , lakin şəxsib həyatını xilas etmək mümkün olmayıb.
Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, spirtli içki qəbul olunan gün hansısa dərman preparatının içilməməsi vacibdir:
"İlkin zəhərlənmə hallarına qusma, ürəkbulanma, nəfəs almaqda çətinlik yaşanması kimi əlamətlər daxildir. Bu halda ilkin olaraq, həkimə müraciət olunmalı və bol maye qəbul edilməlidir. Əgər müdaxilə gec olarsa, orqanizm qusma nəticəsində həddindən artıq su itirir. Nəzərə almaq lazımdır ki, spirtli içkilərin sidikqovucu xüsusiyyəti var. Ona görə də orqanizm susuz qalırsa, qan təzyiqi aşağı düşür və aşağı və yuxarı nahiyyələrdə keyləşmə baş verir. Gec müdaxilə isə ölüm hadisəsinin reallaşmasına səbəb ola bilir".
Sevinc


