Son zamanlar insanlarda yorğunluq halının çox olduğu müşahidə edilir.
Təbii ki, bu yorğunluq onların iş və özəl həyatlarına da mənfi təsir göstərir.
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, xroniki yorğunluğun əsas səbəbi D vitamini çatışmazlığıdır:
"Ümumiyyətlə, yorğunluğun səbəbləri çoxdur. Buna natamam qidalanma, D vitamini çatışmazlığı, müxtəlif xəstəliklər, yanaşı xəstəliklər səbəb ola bilər. Xroniki yorğunluq daha çox vitamin - D əskikliyinə görə yaranır. Daimi və fiziki yorğunluq hiss edənlərin ilk növbədə vitamin - D səviyyələrini yoxlatmaları məqsədəuyğundur. Xroniki yorğunluğun göstəriciləri zəiflik, halsızlıq, əhval-ruhiyyənin aşağı düşməsi, yuxuya meyillilik, fiziki və psixi, yəni əqli aktivliyin, koqnitiv funksiyaların enməsidir”.
Sevinc


