Xərçəngin qarşısını alan tərəvəz sirəsi

SAĞLAMLIQ
20:58 / 08.01.2026
97

Kök və kök şirəsi sağlamlığın qorunması üçün çox faydalıdır.

Vitamin və minerallarla zəngin olan bu tərəvəz orqanizmin mineral maddələrə olan sutkalıq tələbatını tam şəkildə ödəyir. 

Hit.az xəbər verir ki, kök və kök şirəsi az kalorili olmasına baxmayaraq, qidalandırıcıdır. Artıq çəkidən xilas olmağa kömək edir. Qida qəbulu arası yeyilən 1-2 orta ölçülü kök toxluq hissi yaradır. Kök şirəsinin tərkibindəki E vitamini xərçəngin əmələ gəlməsinin qarşısını alır.

Bununla yanaşı, kök şirəsi yaşlandıqca bədəndə yaranan ağrı və sızıltıların qarşısını kök şirəsi içməklə almaq mümkündür. Həmçinin, öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə böyük təsir göstərir. Piylənmənin qarşısını alır.

Sevinc

0