Kişilər sonsuzluq əlamətlərini hiss edə bilmirlər

SAĞLAMLIQ
22:56 / 09.01.2026
67

Müasir dövrdə kişilərdə də sonsuzluq problemi qadınlarda olduğu qədər geniş yayılıb.

Bəzi hallarda kişilər bu problemi özlərinə kompleks etdikləri üçün müalicə olunmaqdan imtina edirlər. 

Androloq Anar Hüseynov Hit.az-a deyib ki, kişi sonsuzluğunu aşkarlamaq üçün konkret diaqnoz haqqında fikir bildirmək düzgün yanaşma deyil: 

"Çünki kişilər , ümumiyyətlə özləri sonsuzluq əlamətlərini hiss edə bilmirlər - əslində, hiss olunacaq müəyyən bir sıra simptomlar da yoxdur. Mütləq onlar tibbi testdən - spermoqramma analizindən keçməlidirlər. Sonsuzluq aşkar olunarsa, kisi sonsuzluguna sebeb olan xəstəlik müəyyənləşdirilməli sonra ona uyğun müalicə planlanmalı və həyata keçirilməlidir".

Sevinc 
 

0