Son vaxtlar yeniyetmələr arasında sulu qəlyana meyillilik artıb.
Bu isə onların həyatı və gələcəkləri üçün ciddi təhlükə mənbəyidir. Ekspertlər də bununla bağlı "həyəcan təbili" çalırlar.
Tibb üzrə ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, yeniyetmələrin və qadınların sulu qəlyandan istifadəsi ciddi fəsadlara gətirib çıxara bilər:
"Nəzərə almaq lazımdır ki, sulu qəlyanın bir saatlıq istifadəsi zamanı siqaretdən daha çox tüstü udulur. Bu isə ağciyər funksiyalarına ciddi təsir edir və xroniki xəstəliklərə, o cümlədən xərçəngə yol açır".
Həkim risklərin kifayət qədər böyük olduğunu vurğulayıb:
"Qəlyan şlanqları və ağızlıqlar düzgün təmizlənmədikdə bakteriyalar və viruslar yoluxma riski yaradır. Nəticədə hepatit və herpes kimi xəstəliklər sulu qəlyan istifadəsi ilə ötürülə bilər".
Sevinc


