Göy soğanın sağlamlığımıza TƏSİRLƏRİ

SAĞLAMLIQ
21:38 / 12.01.2026
57

Göy soğan demək olar ki, bütün dünyada sağlam və populyar məhsullardan biri sayılır. 

Göy soğanın tərkibində vitaminlər, minerallar və antioksidantlar da daxil olmaqla bir çox faydalı qida var.

Hit.az xəbər verir ki, göy soğan fitonsidlərlə zəngindir. Fitonsidlər təbii antibiotiklərdir, onlar mikrobları öldürür, mikrobların çoxalmasının qarşısısnı alır. 

Göy soğan ürək və damar sağlamlığında mühüm rol oynayan K vitamini ilə zəngindir. Bu vitamin qanın laxtalanmasını idarə etməyə kömək edir, bu da qan laxtalanma riskini əhəmiyyətli dərəcədə azaldır və qan dövranını yaxşılaşdırır. 

Bununla yanaşı, göy soğan sümüklərə və dişlərə müsbət təsir edir, damaqları möhkəmləndirir. Soğan immunitet sistemini gücləndirməyə və virus xəstəlikləri ilə mübarizə qabiliyyətini artırmağa kömək edən C vitamini ilə zəngindir. 

Sinklə zəngin olan göy soğan kişi və qadın reproduktiv (dolyaratma) sistemlərinə olduqca müsbət təsir edir.

Ancaq göy soğan allergik reaksiyalara da səbəb ola bilər. 

Sevinc

0