Bəzi insanlar havalar soyuyan kimi mütləq şəkildə xəngəl yemək istəyirlər.
Artıq bu həm də bir növ trendə, dəbə çevrilib. İstər gürcü, istərsə də yarpaq xəngəli Azərbaycan insanının qış boyunca sevərək yediyi təamlar sırasındadır.
Bəs ənənə halına çevirdiyimiz bu yemək qışda insan orqanizminə necə təsir göstərir?
Mövzu ilə bağlı qida eksperti Leyla Sarıyeva Hit.az-a açıqlamasında bildirib ki, xəngəl çox kalori şəklində insan orqanizminə qəbul olduğuna görə, piylənməyə, yağlanmaya və daxili orqanların həddindən artıq yüklənməsinə səbəb olur:
"Bu isə öz növbəsində həm həzm, həm də mədə-bağırsaq sistemini pozur. Nəzərə almaq lazımdır ki, xəmir yeməkləri uzun müddət bağırsaqlarda yapışıb qaldığına görə bağırsaq daşlarına çevrilir. Əsasən xəmir yeməklərinin tərkibində qluten olur. Bu da şişkinliyə gətirib çıxarır. Həmçinin, xəngəlin çox yeyilməsi qaraciyər yağlanmasına da səbəb ola bilər".
Sevinc


