Hər kəs siqaretin nə qədər zərərli olduğu haqqında az da olsa məlumatlıdır.
Lakin hələ də siqaret çəkən uşaqlara rast gəlmək mümkündür. Əfsuslar olsun ki, onların sayı getdikcə artır. Yəni siqaret bu qədər zərərli olmasına rəğmən, hələ də məktəblilər arasında bu zərərli vərdişdən istifadə edənlər az deyil.
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, məktəblilər siqaretdən imtina etməyi və sağlam yaşamağı düşünə bilmirlər:
"Çünki onların bu sahədə təcrübələri azdır. Şagirdlər arasında passiv siqaret çəkmə halları da yaşanır. Bu hal əsasən qrup halında siqaret çəkdikdə olur".
Ekspertin sözlərinə görə, orada siqaret çəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsünü qəbul edərək passiv formada bundan istifadə edirlər:
"İstər valideynər, istərsə də müəllimlər uşaqlara siqaretin praflaktikasını keçməlidir. Onları uşaq yaşlarından bu xoşagəlməz vərdişdən uzaq tutmalıdırlar. O zaman siqaretdən istifadə edənlərin sayı belə sürətlə artmaz".
Sevinc


