Uzun illərdir xalq arasında qış fəslinə və xüsusilə qarlı havalara xüsusi mənalar yüklənir.
“Qar yağsaydı, xəstəlik yayan viruslar donub ölərdi”, “Qış sərt keçsəydi, xəstəliklər azalardı” kimi deyimlər nəsildən-nəslə ötürülərək cəmiyyətdə geniş yayılıb. Bir çoxları üçün qar təkcə təbiət hadisəsi deyil, həm də sağlamlıqla əlaqələndirilən bir ümid və təmizlənmə rəmzidir. Lakin bu inancların nə dərəcədə elmi əsaslara söykəndiyi və həqiqəti nə qədər əks etdirdiyi bu gün də müzakirə mövzusu olaraq qalır.
Maraqlıdır, qar həqiqətən bütün xəstəlikləri öldürürə bilir?
Tibb üzrə ekspert, professor Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, belə havada geyimə diqqət edilməlidir:
"Son illər hava şəraitinin də anomal keçməsi və qlobal iqlim dəyişikliyi virus xəstəliklərinin aktivləşməsinə gətirib çıxarıb. Qarın yağmamağı bu virusların qısa müddətdə çoxalmasına və daha çox insana yoluxmasına səbəb olur. İqlim təlatümləri, qışın isti keçməsi virusların fəallaşmasına gətirib çıxarır".
Həkim sözlərini belə yekunlaşdırıb:
"Bu mövsümdə meyvə və tərəvəzlərdən daha çox istifadə olunmalıdır. Nəzərə almaq lazımdır ki, idmanla məşğul olmaq da sağlamlıq üçün çox vacibdir. Zərərli vərdişlərdən imtina etmək lazımdır. Belə havalarda geyimə xüsusi diqqət edilməlidir. Virus yoluxan şəxslər ictimaiyyət arasında olmamalı, yataq rejimində müalicə almalıdır".
Sevinc



