Geomaqnit qasırğası: İnsanlara hansı təsiri var?

SAĞLAMLIQ
18:18 / 22.01.2026
53

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası geomaqnit qasırğası ilə bağlı məlumat yayıb. 

Məlumata əsasən, Yer üzünü bürüyən geomaqnit qasırğası öz pik nöqtəsini keçib, amma yenə də güclənə bilər.

Bəs bu nədər təhlükəlidir?

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, geomaqnit qasırğası həddindən artıq elektromaqnit dalğalarının yaranması deməkdir:

390279

"Bu, Günəşdə baş verən nüvə partlayışlarından qaynaqlanır. Elektromaqnit dalğaları Yer kürəsinə çatdıqda meteohəssas insanların sağlamlığında problemlər yarada bilər. Məsələn, təzyiqin qalxması, baş ağrısı, başgicəllənmə, ürəkbulanma ,ürək və oynaqlarda ağrı, yorğunluq bronxospazm və s. kimi hallarla müşahidə olunur".

Professor sözlərini belə yekunlaşdırıb:

"Ona görə də həmin insanların proqnozlaşdırılan günlərdə evi tərk etməmələri məsləhətdir. Unutmayın ki, geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir. Əslində, bu prosses yeni deyil və mütəmadi olaraq davam etməkdədir''. 

Sevinc

0