Özəl tibb müəssisələrinin onkoloji yardımı necə həyata keçiriləcək?

SAĞLAMLIQ
14:02 / 23.01.2026
157

Azərbaycanda onkoloji yardım sahəsində yeni mərhələnin başlanması gözlənilir. 

Belə ki, onkoloji xəstələrə göstərilən tibbi xidmətlərin yalnız dövlət deyil, eyni zamanda özəl tibb müəssisələrində də həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı “Onkoloji yardım haqqında” qanuna dəyişiklik təklif edilib. 

Məsələ Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunarkən komitə sədri Əhliman Əmiraslanov bu sahədə Səhiyyə Nazirliyinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, onkoloji müalicə xüsusi yanaşma və yüksək texnoloji imkanlar tələb edir və bu imkanlara malik olan bir sıra özəl klinikalar artıq mövcuddur.

Bəs özəl tibb müəssisələrinin onkoloji yardımı hansı qaydada həyata keçiriləcək? 


Bununla bağlı Milli Məclisin deputatı Rəşad Mahmudov Hit.az-a açıqlama verib.

O bildirib ki, layihə Milli Məclisin müvafiq komitələrində müzakirə olunur: 
"Layihə həm tam dövlət təminatı, həm tam özəl əsaslarla tətbiq oluna bilər. Burada əsas məqsəd keyfiyyət və təhlükəsizliklikdir. Məlumat üçün deyim ki, ölkəmizdə artıq bu sahədə fəaliyyət göstərə biləcək özəl tibb müəssisələri var. Yəni onkologiya cərrahiyyəsi və kimyaterapiya istiqamətində kifayət qədər peşəkar kadr resursu mövcuddur".

Sevinc

0