Kondisioner münaqişələrinə son: Elm insan üçün ideal istiliyi müəyyən etdi

SAĞLAMLIQ
22:17 / 23.01.2026
43

Ofislərdə və evlərdə davam edən “kondisioner savaşları” nəhayət elmi əsaslara oturub. Ən uyğun iş mühitində belə termostatın neçə dərəcədə saxlanacağı məsələsi adətən tərəflərin razılaşa bilmədiyi tək mövzu olurdu. Lakin mütəxəssislər, hamını məmnun edəcək və məhsuldarlığı zirvəyə çıxaracaq “sehrli dərəcəni” müəyyənləşdiriblər.

HİT.az-ın məlumatına görə, yeni araşdırmalar göstərir ki, zehin və bədənin tam harmoniya ilə işlədiyi ideal temperatur 21 dərəcədir. Alimlərin “Termo-Denge” (ThermoState) adlandırdığı bu nöqtə yalnız fiziki rahatlıq deyil, həm də əhval-ruhiyyə və diqqət səviyyəsi üçün açar rolunu oynayır.

19,5–21,6 dərəcə aralığı kritikdir

Araşdırmalar göstərir ki, mühit temperaturu 19,5–21,6 dərəcənin xaricinə çıxdıqda emosional və fiziki sağlamlıq sürətlə pisləşir. Kliniki psixoloq Dr. Sofi Mort bunu “emosional mərkəz istiliyi” adlandırır. Temperatur balansının yalnız üşümək və ya tərləmə ilə əlaqəli olmadığını, yaddaşdan stress reaksiyalarına qədər bir çox psixoloji prosesi birbaşa təsir etdiyini vurğulayır. Xüsusilə qış aylarında, emosional dözümlülüyümüz artıq təzyiq altında olanda, kiçik temperatur dəyişiklikləri motivasiyamızı və yuxu keyfiyyətimizi dərhal poza bilər.

Soyuq stress yaradır, isti isə aqressivləşdirir

Temperatur 17 dərəcənin altına düşdükdə, bədən “isti qoruma rejimi”nə keçir. Bu, yalnız üşüməyə səbəb olmur, həm də stress hormonlarının artmasına və idrak performansın gizli şəkildə zəifləməsinə yol açır. Soyuq mühitdə çalışan insanlar özlərini gərgin, diqqəti dağınıq və əsəbi hiss edir. Bunun səbəbi bədənin isinməyə fokuslanması ilə beyin funksiyalarının zəifləməsidir; qan təzyiqi və ürək döyüntüsü artır, bədən “alarm” vəziyyətinə keçər.

Lakin həll, termostatı sonuna qədər artırmaq deyil. Çünki temperatur 21,6 dərəcəni keçdikdə başqa problemlər başlayır. Havanın çox isti olduğu mühitdə reaksiya sürətimiz yavaşlayır, zehni kəskinlik azalır və halsızlıq hissi ortaya çıxır. 22 dərəcəyə çatanda insanlar daha mübahisəli və qıcıqlı olur.

24 dərəcənin üstündə isə işləmə sürəti ciddi şəkildə azalır, beynin enerji ehtiyatları tükənir. Yəni ofisdə məşhur “günorta yuxusunun” səbəbi bəzən yalnız bir-iki dərəcə artıq isinmiş kondisionerdir.

İdeal temperatur hər kəs üçün bir qədər fərqli ola bilər

Hər fərdin “ideal temperatur” anlayışı bir qədər dəyişə bilər. Araşdırmalar, yaşanılan bölgəyə görə bu fərqin bir-iki dərəcə dəyişə biləcəyini göstərir. Bəzi şəhərlərdə insanlar ortalamanın bir qədər üstün temperaturunu, bəziləri isə daha sərin mühiti üstün tutur. Buna baxmayaraq, ümumi məhsuldarlıq və rahatlıq üçün 21 dərəcə ən optimal və mübahisəsiz nöqtə hesab edilir.

Samir
 

0