Zehni fəaliyyətin hər zaman güclü qalması üçün düzgün qidalanma olduqca əhəmiyyətlidir.
Hit.az bildirir ki, bəzi təbii və əlçatan qidalar beyin funksiyalarını dəstəkləyərək yaddaşı gücləndirir.
Ona görə də yaddaşı gücləndirən digər əsas qida qrupu meyvə və tərəvəzlərdir. Həm antioksidant qidalar, həm də C vitamini və yaddaş dəstəyi baxımından çox önəmlidir. Meyvə-tərəvəzlər təbii vitaminlər və qavrama qabiliyyəti üçün qida mənbəyidir. Onların tərkibində olan flavonoidlər, antosian və nasunin kimi maddələr mental sağlamlıq baxımından olduqca təsirlidir.
Yaddaşı gücləndirən əsas məhsullardan biri isə yumurtadır. Onun tərkibindəki protein və xolin maddəsi beyin inkişafı üçün çox mühümdür. Xolin sinir hüceyrələrinin normal fəaliyyətində mühüm rol oynayır və yaddaş üçün vitaminlər arasında müstəsna yer tutur.
Bundan başqa, qaragilə də beyin fəaliyyətinin zəifləməsinin qarşısını alır. Xüsusilə insanın yaşlandığı dövrdə zehni məhsuldarlığın aşağı düşməsini ləngidə bilir. Müntəzəm olaraq qaragilədən istifadə etmək əldə olan biliklərin, oxunulan elmi və bədii ədəbiyyatların mənimsənilməsi baxımından faydalı hesab olunur.
Bundan əlavə, üzüm də beynin normal fəaliyyəti üçün kifayət qədər faydalıdır. O, beyinə qan axınını gücləndirə və yaddaşı yaxşılaşdıra bilir. Unutmayın ki, yaddaş və zəka üçün B vitamininin əhəmiyyəti böyükdür. B vitamini ehtiva edən qidalar beyni yaşlanmaqdan qoruyur, habelə sinir sisteminə müsbət təsir edir.
Sevinc


