Bəzi insanlar ilin hər günü ispirtli içki, alkoqol qəbul edirlər.
Əksər şəxslər isə qış fəslində belə içkilərə daha çox üstünlük verirlər. Hətta bunu isinmək üçün etdiklərini deyənlərin sayı da az deyil.
Maraqlıdır, soyuq qış günündə tez-tez alkoqol qəbul etmək nə dərəcədə doğrudur?
Həkim Pərvanə Mustafateva Hit.az-a açıqlamasında bildirib ki, spirti içki qəbul etdikcə qanda toksik birləşmə olan asetilaldehidin miqdarı getdikcə artır:
"Bu zaman zəhərlənmə olur, eləcə də baş ağrısı, ürəkbulanma, qusma kimi əlamətlər əmələ gəlir. Doğrudur, bəzi insanlar qışda isinmək üçün spirtli içki qəbul edirlər. Ancaq nəzərə almaq lazımdır ki, soyuq havada alkoqol qəbulu bədəni isitmir, əksinə soyudur.
Ona görə də soyuq havada spirtli içkilərin qəbulu xəstələrə yaxşı təsir göstərmir. Çünki spirtli içkilərin qəbulu temperaturun tənzimlənməsini kəskin şəkildə pozur. Nəticədə, insan bədənində damarların genişlənməsi prosesi baş verir".
Sevinc


