Nipah virusu nədir, ondan necə qorunmaq lazımdır?

SAĞLAMLIQ
12:18 / 26.01.2026
159

Hindistandan gələn son xəbərlər səhiyyə sahəsində yeni narahatlıq dalğası yaradıb. 

Rəsmi mənbələrin məlumatına görə, yüksək ölüm riski ilə tanınan Nipah virusuna yoluxma halları qeydə alınıb və bununla əlaqədar onlarla insan nəzarət altına alınıb. 

Bu vəziyyət istər-istəməz suallar doğurur: adını tez-tez eşitmədiyimiz nipah xəstəliyi nədir və hansı təhlükə dərəcəsinə malikdir? Bundan başqa, virusun mümkün yayılma riskinə qarşı insanlar özlərini necə qoruya bilərlər?

Mövzu ilə bağlı professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlama verib. O bildirib ki, nipah virusu mahiyyət etibarı ilə heyvanmənşəlidir: 

390453

"Bu virusun yuxarı tənəffüs yollarının iltihabı ilə yanaşı, beyin ödəmi də yaratması təhlükəlidir. Əslində, ölüm də elə beyin ödəmindən qeydə alınır. Təbii ki, hazırda nipah vurusunun yayılması narahatedicidir. Bu xəstəliyin geniş bir arealda yayılması ehtimal edilmir, amma müəyyən tədbirlər görülməlidir. Xüsusilə də sərhəd-keçid məntəqələrində diqqətli olmaq lazımdır".

Həkim nipah virusunun əlamətlərindən də söz açıb:

"Burun tutulması, boğaz ağrısı, yüksək qızdırma və bel-boyun-əzələ ağrıları sözügedən virusun əlamətləri sırasındadır. Bu səbəbdən də insanlar qeyd etdiyim əlamətləri özlərində hiss edərlərsə, dərhal həkimə müraciət etməlidirlər".

Sevinc

0