Gizli sağlamlıq problemlərini erkən aşkarlamaq üçün hər bir insanın hər il səkkiz əsas analiz verməsi tövsiyə olunur.
HİT.az xəbər verir ki, bu barədə İspaniyanın Son Espases Universitet Xəstəxanasından ümumi praktik həkim Aleksandr Olmos məlumat verib.
Mütəxəssisin sözlərinə görə, illik əsas sağlamlıq yoxlamasına C-reaktiv zülal və homosistein üçün qan analizi daxil edilməlidir. Bu göstəricilər uzun müddət simptom göstərmədən davam edə bilən xroniki iltihabı aşkarlamağa imkan verir və ürək-damar xəstəlikləri, diabet və neyrodejenarativ pozğunluqlar riskini artırır.
Olmos həmçinin maqnezium və D vitamini səviyyəsinin müntəzəm yoxlanılmasını tövsiyə edir. Onun sözlərinə görə, bu maddələrin çatışmazlığı birbaşa immun və hormon sistemlərinin, sümüklərin, əzələlərin və sinir sisteminin fəaliyyətinə təsir göstərir.
Həkim xüsusi diqqəti karbohidrat mübadiləsinə yönəltməyi tövsiyə edir. Qan şəkərinin standart ölçülməsi əvəzinə insulinin səviyyəsini müəyyən etmək və HOMA indeksini hesablamaq lazımdır – bu insulin müqavimətini göstərən göstəricidir və tip 2 diabet və metabolik sindrom riskini erkən aşkarlamağa imkan verir.
Ürək və damar sağlamlığını qiymətləndirmək üçün Olmos genişləndirilmiş lipid profili analizini tövsiyə edir. Terapevt vurğulayır ki, yalnız ümumi xolesterin göstəricisi kifayət etmir: lipid fraksiyalarının nisbətini bilmək vacibdir, çünki onlar ateroskleroz və infarkt riskinə fərqli təsir göstərir.
Səkkizinci analiz kimi həkim epigenetik tədqiqatı göstərir. Onun sözlərinə görə, bu analiz insanın hansı genlərinin aktiv olduğunu, hansı qida maddələrinə daha çox ehtiyacı olduğunu və həyat tərzinin qocalma prosesinə və xəstəlik riskinə necə təsir etdiyini müəyyən etməyə kömək edir.
Olmos qeyd edir ki, bu analizlər həkim konsultasiyasının əvəzi deyil, amma simptomlar ortaya çıxmadan potensial problemləri aşkarlamağa və qida rejimini, fiziki aktivliyi və müalicəni vaxtında tənzimləməyə imkan verir.
Samir


