Böyük Britaniyalı ailə həkimi Suzanna Uayli insanları tez-tez soyuqdəyməyə səbəb olan altı əsas amili açıqlayıb: xroniki stress, yuxu çatışmazlığı, siqaret çəkilməsi, alkoqol istifadəsi, böyük kütlələrlə davamlı təmas və nadir hallarda gizli sağlamlıq problemləri.
HİT.az xəbər verir ki, ekspertin şərhini "HuffPost" nəşri dərc edib.
Mütəxəssisin sözlərinə görə, təkrarlanan soyuqdəymələr daha çox “zəif immunitet”lə deyil, həyat tərzi ilə bağlıdır. Əsas amillərdən biri xroniki stressdir. Daimi gərginlik kortizol səviyyəsini artırır — bu hormon immun müdafiəni zəiflədir və orqanizmin viruslarla mübarizə qabiliyyətini azaldır.
Yuxu da az əhəmiyyət daşımır. Gecə dərin yuxu fazalarında immun sistemi fəaliyyətini dəstəkləyən maddələr ifraz olunur. Davamlı yuxu çatışmazlığı bərpanı ləngidir və orqanizmi infeksiyalara qarşı daha həssas edir.
Uayli risk faktorları sırasına siqaret və alkoqolu da əlavə edib. Siqaret tənəffüs yollarının vəziyyətini pisləşdirir və ağciyərləri virus və bakteriyalardan effektiv təmizləməyə mane olur. Alkoqol isə immun hüceyrələrini zəiflədir, yuxunu pozur və susuzlaşmaya səbəb olur. Həkim vurğulayıb ki, xəstəlik dövründə hətta kiçik alkoqol miqdarı sağalmanı ləngidə bilər.
Samir

