Qida zəhərlənmələrinin əsas səbəb nədir?

SAĞLAMLIQ
20:20 / 09.02.2026
40

Son zamanlarda qida zəhərlənmələri artmaqda davam edir. 

Sonuncu belə hadisə Quba rayonunda qeydə alınıb. Belə ki, Quba rayonunda 8 nəfər qidadan zəhərlənib. İlkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər. 

Maraqlıdır, evdə hazırlanmış qidaları alarkən nələrə diqqət etməliyik?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında deyib ki, qida zəhərlənməsinin əsas səbəblərindən biri məişət zəminində hazırlanan təamlardır:

391550

"Çünki belə qidalar hazırlanarkən sanitar-gigiyenik qaydalara əməl olunmur. Hətta bir çox hallarda insanlar qida hazırlayarkən əllərini mütəmadi olaraq yumağı belə unudurlar. Eyni zamanda, doğrama vasitələrinin köhnə və sərt olması, eləcə də onların davamlı şəkildə təmizlənməməsi əsas risk faktorları sırasında göstərilə bilər".

Ekspert diqqətə çatdırıb ki, bəzən məhsul keyfiyyətli xammaldan hazırlanır, amma gigiyena qaydalarına əməl edilmədikdə çarpaz çirklənmə baş verir:

"Bunun nəticəsində qidanın tərkibində müxtəlif dəyişikliklər yaranır. O da növbəsində qida zəhərlənməsinə səbəb olur. Bundan əlavə, alatların hazırlanması zamanı çiy məhsullarla bişmiş qidaların bir yerdə saxlanılması da əsas məqamlar sırasındadır. Belə ki, salatlarda istifadə olunan yumurta, toyuq və ət məhsulları tam bişmədikdə risk yaradır. Unutmayaq ki, mayonez və xamalarla salat hazırlayarkən onları ağzı açıldıqdan sonra istifadə etmək lazımdır".

Məhsəti Hüseynovanın sözlərinə görə, ev şəraitində həm məhsulun istifadə müddətinə diqqət edilmir, həm də açılandan sonra uzun müddət saxlanılır:

"Təbii ki, bu da qida zəhərlənməsinə gətirib çıxarır. Yaxşı olar ki, istənilən qida istehlak ediləcək miqdarda hazırlansın, çiy tərəvəzlər istifadədən əvvəl yuyulsun. Ancaq bu qaydalara əməl etməsək, bu zaman azyaşlılar, xroniki xəstəliyi olan şəxslər, hamilə və süd verən qadınlar, habelə yaşlı insanlar risk qrupuna daxil olurlar".

Günel

0