Sabah yorğun oyanmağınızın gizli səbəbi bu ola bilər

SAĞLAMLIQ
18:40 / 09.02.2026
40

Çoxlarımızın vərdiş halına gətirdiyi televiziya qarşısında yatmaq və ya yatmazdan əvvəl telefon ekranında vaxt keçirmək, əslində bədənimizə düşündüyümüzdən daha çox zərər verir. 

HİT.az xəbər verir ki, Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasından Göz Sağlığı və Xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Aylin Kılıçın sözlərinə gərə, gözlər yalnız görmə orqanı deyil, həm də beynimizin bioloji saatını idarə edən işıq qəbuledicisidir.

Prof. Dr. Kılıça görə, yuxu yalnız gözləri bağlamaqla başlamır; beyin tam qaranlıq hiss etmədən həqiqi dincəlmə rejiminə keçə bilmir. Gözün daxili qatını təşkil edən retina işığı algıladığı anda beyinə birbaşa “gündüz” siqnalı göndərir. Xüsusilə televiziya, kompüter və ağıllı telefonlardan yayılan mavi işıq retinanın bunu günəş işığı kimi qəbul etməsinə səbəb olur və yuxu hormonu melatoninin istehsalını birbaşa əngəlləyir.

Prof. Dr. Kılıç vurğulayır ki, gecə lampası yanarkən və ya televizor qarşısında yatan şəxslər əslində yatmır; bədənin bioloji saatı qarışdığı üçün sadəcə yataqda vaxt keçirirlər. Göz qapaqları bağlı olsa belə xaricdən gələn işıq retinaya çatmağa davam edir və bu da beynin oyanıq qalmasına səbəb olur.

Yuxu hormonu olan melatonin yalnız yuxunu təmin etmir; eyni zamanda hüceyrələrin yenilənməsi, immunitet sisteminin güclənməsi və stresin idarə olunması kimi həyati funksiyalara sahibdir. Gecə boyunca işığa məruz qalmaq bu hormonun istehsalını əngəlləyir və uzun müddətdə xroniki yorğunluq, diqqət dağınıqlığı və hormonal pozğunluqlara yol açır. Bədənin özünü tam bərpa edə bilməsi üçün tam qaranlıq mühitə ehtiyacı olduğunu vurğulayan mütəxəssislər, sadə bir göz maskasının belə böyük fərq yaradacağını bildirirlər.

Sağlam həyatın açarının keyfiyyətli yuxudan keçdiyini xatırladan Prof. Dr. Kılıç, yuxu mühitinin tamamilə işıqsız olması tövsiyə edir. Yatmazdan ən az bir saat əvvəl rəqəmsal ekranlardan uzaqlaşmaq və otaqdakı kiçik LED işıqları belə söndürmək beynin “gecə” rejiminə keçməsini asanlaşdırır. Unutmayın, beyin qaranlığı algılamadıqca bədən tam dinlənmiş sayılmır və hər səhər yorğun oyanmaq qaçılmaz olur.

Samir

0