Qaraciyərin piyli xəstəliyi yalnız artıq çəkisi olan insanlarda deyil, eyni zamanda xarici görünüşcə arıq, amma qarını olan insanlarda da rast gəlinir.
HİT.az xəbər verir ki, bunu Piroqov Universitetinin (Rusiya) poliklinik terapiya kafedrasının dosenti Dmitri Karpenko gazeta.ru-ya bildirib.
Alkoqolsuz qaraciyərin piyli xəstəliyində (NAJBP) qaraciyər hüceyrələrində yağ toplanır (steatoz). Bəzi xəstələrdə bu proses hepatositlərin zədələnməsinə və məhv olmasına gətirib çıxarır, onların yerində isə çapıq toxuması yaranır – bu vəziyyət qaraciyər fibroz kimi tanınır.
"Piylənməni müəyyən etmək üçün həkimlər tez-tez sadə hesablanan göstəricidən – bədən kütləsi indeksindən (BMI) istifadə edirlər. BMI insanın boyu və çəkisi arasındakı nisbəti göstərir. Lakin bu göstəricinin ciddi çatışmazlığı var: bədən tərkibini nəzərə almır. Adətən normal BMI-yə malik ola bilərsiz, amma bədəninizdə piy nisbəti yüksəkdir. Bu fenomen “skinny fat” və ya “arıq piylənmə” kimi tanınır. Xarici görünüşcə insan arıq, hətta formadadır, amma daxili piy həddən artıq ola bilər. Bu xəstələr qrupunda biz tez-tez qaraciyərdə piy infiltrasiya (steatoz) aşkar edirik", deyə həkim açıqlayıb.
Xəstəliyin səbəbi düzgün qidalanmamaqdır. Sürətli karbohidratlarla zəngin “boş” kalorilərin həddindən artıq qəbulu qaraciyərdə yağ yığılmasına səbəb ola bilər. Bu isə normal və ya aşağı BMI-yə malik insanlarda belə xəstəliyin yaranmasına gətirib çıxarır:
"Steatozun (qaraciyərdə yağ yığılması) əsas diaqnostikası qarın orqanlarının ultrasəs müayinəsi ilə aparılır. Ultrason həkimi piyli qaraciyərin olub-olmadığını göstərən spesifik nümunələri görür".
Samir


