Həkim: Dünyada hər altıncı insan sonsuzdur

SAĞLAMLIQ
17:30 / 13.02.2026
37

Dünyada hər altıncı insan – yəni 17,6% əhali – sonsuzdur. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə məlumat verən Seçenov Universitetinin Urologiya və Reproduktiv Sağlamlıq İnstitutu dosenti, uroloq və androloq Dmitri Korolyov bildirib.

"Hər son məlumatlara görə, dünya əhalisinin 17,6%-i sonsuz hesab olunur. Yəni hər altıncı insan – kişi və ya qadın – sonsuzdur. Kişilərin hamiləlikdə rolu barədə isə deyə bilərəm ki, bu, təxminən 50%-dir", deyə həkim qeyd edib.

Korolyovun sözlərinə görə, kişilərdə sonsuzluğun əsas səbəbləri arasında genetik anomaliyalar, varikosele (xayalığın venalarının genişlənməsi, nəticədə xayalardan qan axınının pozulması), piylənmə və yanaşı xəstəliklər, məsələn, arterial hipertoniya və şəkərli diabet göstərilir.

Samir
 

0