Həkim: "Mövsümi saç tökülməsi 2-3 aydan çox çəkmir"

SAĞLAMLIQ
18:38 / 25.02.2026
59

Mövsümi saç tökülməsi 2–3 aydan artıq davam etməməlidir. 

HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya dermatoloq, kosmetoloq və lazeroterapevt Yekaterina Kaminskaya məlumat verib.

“Əgər tökülmə orta səviyyədədirsə, 2–3 aydan artıq çəkmirsə və saçlarda nəzərəçarpan seyrəkləşməyə səbəb olmursa, çox güman ki, narahatlığa əsas yoxdur. Lakin saç tellərinin nazikləşməsi, ayırma xətlərinin genişlənməsi, təpə və ya gicgah nahiyəsində seyrəkləşmə müşahidə edilirsə, yaxud tökülmə intensivdir və üç aydan artıq davam edirsə, bu, trikoloqa müraciət etmək üçün ciddi səbəbdir”, deyə mütəxəssis bildirib.

Kaminskayanın sözlərinə görə, müasir trikologiya dəqiq diaqnostika ilə başlayır. İlk mərhələdə “Aramo SG” aparatı vasitəsilə trixoskopiya – baş dərisinin və saçların yüz dəfələrlə böyüdülərək kompüter müayinəsi aparılır.

Ekspert qeyd edib ki, bu üsul həkimə saç sıxlığını, follikulların vəziyyətini, kapilyar şəbəkəni və baş dərisini detallı şəkildə qiymətləndirməyə imkan verir:

"Bu, telogen saç tökülməsini androgenetik və ya ocaqlı alopesiyadan fərqləndirmək üçün prinsipial əhəmiyyət daşıyır".

O əlavə edib ki, dərin səbəbləri müəyyən etmək üçün çox vaxt kompleks yanaşma tələb olunur: ətraflı anamnez toplanması, hormonal fonun, dəmir mübadiləsinin və vitamin göstəricilərinin araşdırılması:

"Diaqnostika göstərərsə ki, tökülmə fizioloji normanı aşır və ya follikulların zəifləməsi ilə bağlıdırsa, müasir terapiya üsulları tətbiq olunur. Bu metodlar saç follikullarını aktivləşdirməyə və gücləndirməyə, mikrosirkulyasiyanı və baş dərisinin qidalanmasını yaxşılaşdırmağa yönəlib".

Onun sözlərinə görə, ən effektiv və təbii metodlardan biri baş dərisinin plazmaterapiyasıdır (PRP-terapiya).

“Prosedur zamanı həkim pasiyentin öz qanından əldə olunan, trombosit və böyümə faktorları ilə zəngin plazmadan istifadə edir. Bu konsentratın baş dərisinə inyeksiyası regenerasiya proseslərini stimullaşdırır, saçların böyüməsini gücləndirir, kökləri möhkəmləndirir və ümumi keyfiyyəti yaxşılaşdırır”, deyə Kaminskaya qeyd edib.

Alternativ və ya əlavə üsul kimi mezoterapiya kursu da tətbiq oluna bilər. Bu zaman vitaminlər, amin turşuları, peptidlər və mikroelementlərdən ibarət fərdi seçilmiş “kokteyl”lər baş dərisinə yeridilir və saç köklərinin birbaşa qidalanması təmin edilir.

“Effekti gücləndirmək və mikrosirkulyasiyanı yaxşılaşdırmaq üçün bu prosedurlar baş dərisinin darsonvalizasiyası ilə tamamlanır. Bu, yüksək tezlikli impuls cərəyanı vasitəsilə qan dövranını yumşaq şəkildə stimullaşdıran, piy vəzilərinin fəaliyyətini normallaşdıran və müalicəvi vasitələrin təsirini artıran fizioterapevtik üsuldur”, deyə həkim vurğulayıb.

Samir
 

0