Ayda 3 kq arıqlamaq üçün nə etmək lazımdır?

SAĞLAMLIQ
18:00 / 03.03.2026
45

Cəmi bir neçə artıq kiloqramdan xilas olmaq üçün bəzi insanlar özlərini gündəlik ağır fiziki yüklənmələrə, sərt pəhrizlərə və müxtəlif məhdudiyyətlərə məruz qoyurlar. Lakin eyni nəticəyə daha sadə üsulla nail olmaq mümkündür.

Hit.az xəbər verir ki, şəxsi məşqçi və fitnes üzrə ekspert gündəlik rejimə cəmi bir dəyişiklik etməklə ayda 3 kiloqrama qədər çəki itirməyə imkan verən üsulu bölüşüb. Bu metodun nədən ibarət olduğunu və ev şəraitində necə tez arıqlamağın mümkünlüyünü araşdıraq.

Bir həftəyə necə arıqlamaq olar? – vaxtı səmərəli istifadə edin

Yaz ənənəvi olaraq həyat tərzini dəyişmək və yayı qarşılamaq üçün bədəni formaya salmağa başlamaq baxımından əlverişli dövr sayılır. Qış bayramları artıq geridə qalıb, çimərlik mövsümünə isə hələ vaxt var.

Yeni ildə necə tez arıqlamağı bilməyənlər üçün "TikTok" platformasında fitnes, məşq və qidalanma ilə bağlı tövsiyələr paylaşan Luis Beyker-Strod sadə bir dəyişiklik təklif edib. Onun sözlərinə görə, bu üsul həftədə 500 qramdan çox təmiz yağ itirməyə kömək edə bilər. Bu barədə "Express" nəşri yazır.

Fitnes mütəxəssisi hesab edir ki, gündəlik aktivliyə bir neçə min əlavə addım artırmaq ay ərzində ümumilikdə 3 kiloqrama qədər yağ itirməyə imkan verə bilər. “Bu, hətta ən passiv insanın belə bacara biləcəyi elementar dəyişiklikdir”, deyə o bildirib.

Onun sözlərinə görə, səhər yeməyindən imtina etmədən, kaloriləri daimi hesablamadan və sərt pəhrizə keçmədən də nəticə əldə etmək mümkündür.

“İlk xahişim odur ki, hazırda atdığınız addımların sayına əlavə 2 000 addım əlavə edin. Əgər indi gündə 3 000 addım atırsınızsa, bunu 5 000-ə çatdırın. Əsas odur ki, heç bir günü buraxmayasınız”, deyə Luis qeyd edib.

Gündəlik əlavə 2 000 addım təxminən 15–30 dəqiqə vaxt aparır. Bunu nahar fasiləsində qısa gəzinti etməklə və ya avtomobil əvəzinə yaxın məsafəni piyada qət etməklə asanlıqla reallaşdırmaq mümkündür. Əgər bu üsul effektiv olarsa, artıq üç həftədən sonra gündəlik gəzintilər vərdişə çevrilə bilər.

Luisin tövsiyəsi sosial şəbəkələrdə bir çox istifadəçi tərəfindən müsbət qarşılanıb. Lakin bəzi şərhçilər artıq gündə 10 000 addım atdıqlarını, buna baxmayaraq çəki azaltmaqda çətinlik çəkdiklərini bildiriblər.

Samir

0