Antibiotiklərin gözlənilməz təsiri açıqlandı

SAĞLAMLIQ
21:55 / 13.03.2026
46

Uppsala Universitetinin alimləri aşkar ediblər ki, antibiotiklərin qəbulu bağırsaq mikrobomunun tərkibini illərlə dəyişdirə bilər. Tədqiqat göstərir ki, bağırsaq bakteriyalarının icmasındakı dəyişikliklər müalicə kursundan sonra 4–8 il davam edə bilər. 

HİT.az xəbər verir ki, nəticələr “Nature Medicine” jurnalında dərc olunub.

Alimlər 14 979 yetkin İsveç sakininin məlumatlarını təhlil edərək, onların antibiotik qəbul tarixçəsi ilə bağırsaq mikrobomu analizlərini müqayisə ediblər. Məlum olub ki, bir neçə il sonra belə bağırsaqdakı bakteriyaların tərkibi hələ də əvvəl qəbul edilmiş preparatlarla bağlı qalır.

Xüsusilə klindamisin, fluroxinolon və flukloksasilin istifadə edildikdə dəyişikliklər daha güclü və uzunmüddətli olub. Hətta bəzi antibiotiklərin yalnız bir kursu belə mikrobomda uzunmüddətli iz buraxa bilər.

Digər tərəfdən, geniş istifadə edilən penisillin V nisbətən kiçik və qısa müddətli dəyişikliklərlə əlaqəli olub.

Alimlər vurğulayırlar ki, antibiotiklər hələ də həyati əhəmiyyətli və vacib dərmanlardır. Lakin əldə edilmiş nəticələr göstərir ki, bağırsaq mikrobomunun bərpası əvvəlcə düşünüləndən daha uzun müddət tələb edə bilər. Bu faktor antibiotiklərin təyinində və onların uzunmüddətli sağlamlığa təsirini araşdırarkən nəzərə alınmalıdır.

Samir
 

0