B2 vitamini xərçəng hüceyrələrinin ölümünə qarşı qoruyucu ola bilər - Alimlər

SAĞLAMLIQ
10:41 / 18.03.2026
46

Vürtsburq Universitetinin (Yulius və Maksimilian adına) alimləri müəyyən ediblər ki, insan orqanizminin normal fəaliyyəti üçün zəruri olan vitamin B2 eyni zamanda xərçəng hüceyrələrinin sağ qalmasına kömək edə bilər.

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Cell Biology” jurnalında dərc olunub.

Araşdırma göstərib ki, B2 vitaminnin forması olan riboflavin mübadiləsi xərçəng hüceyrələrini ferroptozdan qoruyur. Ferroptoz dəmirin iştirakı ilə oksidləşmə zədələnmələri yığıldıqda baş verən xüsusi proqramlaşdırılmış hüceyrə ölümüdür və adətən orqanizmin qoruyucu mexanizmi kimi fəaliyyət göstərir, zədələnmiş və ya potensial təhlükəli hüceyrələri məhv edir.

Alimlər müəyyən ediblər ki, B2 vitamin törəmələri FSP1 adlı proteinin fəaliyyətini dəstəkləyir və bu protein hüceyrələrin ferroptozdan qaçmasına kömək edir. Riboflavin səviyyəsi azaldıqda isə şiş hüceyrələri daha həssas olur və daha asan ölür.

Hüceyrələrin qoruyucu mexanizmini aşmaq məqsədilə alimlər həmçinin rozeoflavin adlı bir birləşməni araşdırıblar. Bu maddə bəzi bakteriyalar tərəfindən sintez olunur, strukturca B2 vitamininə bənzəyir və hüceyrədə eyni biokimyəvi proseslərə qoşula bilir. Lakin riboflavindən fərqli olaraq, rozeoflavin ferroptozdan qoruyucu sistemi pozur.

Laboratoriya təcrübələri göstərib ki, hətta az miqdarda bu maddə şiş hüceyrələrini qoruyucu mexanizmindən məhrum edir və onların ölümünü başladır. Tədqiqatçılar hesab edirlər ki, belə birləşmələr xərçəngə qarşı yeni hədəfli dərmanların hazırlanmasında əsas rol oynaya bilər.

Samir

0