Diyetoloq Aleksandr Burlakov uzun müddət smartfondan istifadə etməyin və sosial şəbəkələrdə çox vaxt keçirməyin sağlamlığa mənfi təsir göstərdiyini bildirib.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, problem cihazın özündə deyil, onun səbəb olduğu hərəkətsiz həyat tərzindədir.
Həkim "Obşestvennaya Slujba Novostey" nəşrinə açıqlamasında deyib ki, uzun müddət oturaq vəziyyətdə qalmaq bəzi onkoloji xəstəliklərin riskini artırır.
Onun sözlərinə görə, elmi araşdırmalar uzun müddət oturmağın yoğun bağırsaq xərçəngi riskini təxminən 1,5 dəfə, endometrium xərçəngi riskini isə 1,7 dəfə artırdığını göstərib.
“850 minə yaxın iştirakçının məlumatlarının təhlili göstərib ki, onkoloji xəstəliklərdən ölüm hallarının artması məhz aşağı fiziki aktivliklə əlaqəlidir”, – deyə Burlakov bildirib.
Həkim vurğulayıb ki, bu riskləri azaltmağın ən effektiv yollarından biri müntəzəm fiziki aktivlikdir.
Samir


